Çinin kosmik stansiyasında fəaliyyət göstərmək üçün növbəti astronavtlardan ibarət qrup - “Şencou-21” (Shenzhou-21) missiyası kosmosa göndərilir.
NUHÇIXAN Çinin Kosmos Agentliyinə istinadla xəbər verir ki, “Şencou-21” missiyasında kosmosa astronavtlar Can Lu (pilot və heyətin kapitanı), U Fey (uçuş mühəndisi) və Can Honcandan (yükləmə mütəxəssisi) uçacaq.
Ciuçuan kosmodromunda yolasalma mərasimi bitdikdən sonra yerli vaxtla 23:44-də (Bakı vaxtı ilə 19:44) astronavtları orbitə aparacaq daşıyıcı raketin buraxılışı olacaq. Onlar “Şencou-21” missiyasının astronavtlarını əvəzləyərək, 6 ay kosmik stansiyada qalacaq, müxtəlif tədqiqat və texniki tapşırıqları, o cümlədən texnoloji eksperimentləri yerinə yetirəcək, biotexnoloji və kosmos tibbi daxil olmaqla bəzi elmi layihələr icra edəcəklər. Bu, Çinin 37-ci, kosmik stansiya üçün isə 6-cı astronavt missiyasıdır.
Qeyd edək ki, Çinin kosmos proqramının vacib mərhələsi olan kosmik stansiya idarəetmə mərkəzini və heyətin yaşayış yerini əhatə edən əsas modul olan “Tianhe”dan və “Wentian” və “Mengtian” adlı iki laboratoriya modulundan ibarətdir. “Tianhe” 2021-ci ilin aprelində, laboratoriya modulları isə 2022-ci ilin aprelində və oktyabrında kosmosa çıxarılaraq quraşdırılıb.
Ümumi çəkisi 70 ton təşkil edən stansiya aşağı Yer orbitində, təxminən 340-450 kilometr yüksəklikdə fəaliyyət göstərir. Kosmik stansiyanın 15 ildən çox istifadə olunması nəzərdə tutulub.
 
                                     
 