Çin beynəlxalq ictimaiyyətə süni intellekt sahəsində qlobal əməkdaşlıq təşkilatı yaratmağı təklif edir.
NUHÇIXAN-ın "Reuters"ə istinadən verdiyi məlumata görə, bunu Çin Sədri Si Cinpin Kyoncu Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində bildirib.
"Çin beynəlxalq ictimaiyyətə süni intellekt sahəsində ümumdünya əməkdaşlıq təşkilatı yaratmağı təklif edir", - o vurğulayıb.
Si Cinpin deyib ki, Çin APEC-in üzvləri ilə birgə süni intellekt sahəsində ictimai savadlılığı artırmaq və Asiya-Sakit Okeanı regionunda rəqəmsal və ağıllı texnologiyalarda uyğunsuzluğu aradan qaldırmaq üçün işləməyə hazırdır.
