Odessaya hava hücumu edilib, ölənlər və xəsarət alanlar var - FOTOLAR
Noyabrın 2-nə keçən gecə Rusiya hərbi qüvvələri pilotsuz uçuş aparatlarından istifadə etməklə yenidən Odessa vilayətinə hücum edib.
NUHÇILXAN-ın məlumatına görə, Odessa vilayət Hərbi Admistrasiyasının açıqlamasına görə, intensiv hava hücumundan müdafiə əməliyyatlarına baxmayaraq, mülki infrastruktura ziyan dəyib.
“Dronların dağıntıları mülki infrastruktura ziyan vurub. Hücum nəticəsində yük maşınının dayanacağında yanğın baş verib və nəticədə beş yük maşını məhv olub. Xilasedicilər tez bir zamanda yanğını söndürüblər. Ancaq tələfat var. İlkin məlumata görə, 2 nəfər ölüb, iki nəfər yaralanıb”,- deyə məlumatda bildirilir.
Onlardan biri xəstəxanaya yerləşdirilib və vəziyyəti orta ağırdır.