Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb

A- A A+

Əfqanıstanda baş verən güclü zəlzələ nəticəsində azı 20 nəfər ölüb, 140-dan çox insan yaralanıb.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə "Afghanistan International" Milli Olimpiya Komitəsinin, "Taliban" hökumətinin Bədən Tərbiyəsi və İdman İdarəsinin sədri Maulvi Əhmədullah Vasiqin feysbukdakı açıqlamasına istinad edib.

Məmur qeyd edib ki, ən böyük dağıntı və itkilər Samanqan və Balx əyalətlərinin şimalında, xüsusən də Daşkurqan şəhərində qeydə alınıb.

"Zəlzələnin yeraltı təkanları çox güclü olub və ölənlərin sayı arta bilər", - Əhmədullah Vasiq yazıb.

Xatırladaq ki, Bakı vaxtı ilə saat 00:28-də Əfqanıstanın şimalındakı Balx əyalətində, Məzari-Şərifdən 45 km cənub-şərqdə 6,3 maqnitudada zəlzələ qeydə alınıb.

Xatırladaq ki, Əfqanıstanda 2025-ci ilin avqust ayında da 6 maqnitudada zəlzələ baş verib. Təbii fəlakət 2 200-dən çox insanın həyatına son qoyub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: