ABŞ Prezidenti Donald Tramp üçüncü müddətə prezidentliyə namizədliyini irəli sürməyi düşünmədiyini deyib. NUHÇIXAN-ın məlumatına görə, bu barədə o, CBS-də “60 Minutes” verilişinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Respublikaçılar Partiyasının prezidentliyə namizədlərdən ibarət inanılmaz bir siyahısı var.
“Mən Ceyms Devid Vensi və Marko Rubionu bəyənirəm”,- deyə o əlavə edib.
