Çin Yaponiya vətəndaşları üçün vizasız rejimi 2026-cı ilin sonuna qədər uzadıb

A- A A+

Çin iki ölkə liderləri arasında strateji və qarşılıqlı əlaqələri inkişaf etdirməklə bağlı əldə edilmiş son razılaşmadan sonra kadr mübadiləsini daha da asanlaşdırmaq məqsədilə Yaponiya vətəndaşları üçün vizasız rejimi 2026-cı ilin sonuna qədər uzadıb.

NUHÇIXAN Yaponiyanın “Kyodo” agentliyinə istinadla xəbər verir ki, Pekin Fransa, Almaniya, İtaliya, Cənubi Koreya və Braziliya da daxil olmaqla 40-a yaxın ölkənin vətəndaşları üçün vizasız rejimin uzadıldığını elan edib.

Xatırladaq ki, Çin keçən ilin noyabr ayından etibarən yaponlar üçün qısamüddətli vizasız tənzimləməni bərpa edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: