Gürcüstanın Konstitusiya Məhkəməsi (KM) ölkənin üç müxalifət partiyasının qadağan olunması ilə bağlı Parlamentin iddiasını qəbul edib.
NUHÇIXAN xəbər verir ki, Konstitusiya Məhkəməsi iddia sənədini baxılması üçün plenuma göndərib.
Konstitusiya Məhkəməsinə təqdim olunan iddia sənədi hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan", “Avropa Sosialistləri” və “Xalqın Gücü” partiyaları tərəfindən hazırlanıb. Sənədi bu partiyaların 88 deputatı imzalayıb.
İş üzrə dinləmələr 9 aya qədər davam edəcək.
Qeyd edək ki, iddiada keçmiş Prezident Mixeil Saakaşvilinin təsis etdiyi Vahid Milli Hərəkat Partiyası, “Dəyişikliklər naminə” koalisiyası və “Lelo - Güclü Gürcüstan” partiyasının ləğvi tələb olunur.
                                    
 