Aİ Ermənistana viza rejiminin liberallaşdırılması ilə bağlı fəaliyyət planını təqdim edib

A- A A+

Avropa İttifaqı (Aİ) viza rejiminin liberallaşdırılması ilə bağlı fəaliyyət planını Ermənistana təqdim edib.

NUHÇIXAN Ermənistan mediasına istinadən xəbər verir ki, Avropa Komissiyasının miqrasiya və daxili işlər üzrə direktor müavini Yohannes Luxner bu məsələni müzakirə etmək məqsədilə İrəvanda səfərdədir.

O, artıq daxili işlər naziri Arpine Sarkisyanla görüşüb.

Nazirliyin məlumatına görə, A.Sarkisyan bildirib ki, Ermənistan fəaliyyət planını vətəndaşların mobilliyi və ictimai təhlükəsizlik sahəsində islahatlara yönəlmiş strateji sənəd kimi qiymətləndirir. O, viza rejiminin liberallaşdırılmasının Ermənistan-Aİ tərəfdaşlığında vacib mərhələ olduğunu qeyd edib.

Avropa Komissiyasının nümayəndəsinin Ermənistana səfəri noyabrın 6-dək davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: