Belçika Milli Təhlükəsizlik Şurası dronlarla bağlı hadisələrlə əlaqədar təcili iclas keçirəcək.
Bu barədə NUHÇIXAN yerli KİV-lərə istinadən məlumat verir.
Belçikanın Baş naziri Bart De Vever daxili işlər və təhlükəsizlik naziri Bernar Kentenin 5 və ya 6 noyabr tarixində təcili iclasın çağırılması təklifi ilə razılaşıb.
B.Kenten bildirib ki, Milli Böhran Mərkəzi də Brüssel və Belçikanın Lyej şəhərində dronların müşahidə edildiyi hava limanlarında vəziyyəti diqqətlə izləyir.
O, sərnişinlərin və heyətin təhlükəsizliyinin mütləq prioritet olduğunu və polisin və digər səlahiyyətli orqanların vəziyyəti diqqətlə izlədiyini vurğulayıb.
Qeyd edək ki, bu gün səhər Brüssel hava limanında uçuşlar bərpa edilib. Çərşənbə axşamından çərşənbə gününə keçən gecə 41 reys ləğv edilib. Daha 24 reys digər aeroportlara yönləndirilib.
