Avropa İttifaqının xaricdəki investisiya ehtiyatlarının həcmi 9,3 trilyon avronu ötüb

A- A A+

Avropa İttifaqına (Aİ) üzv ölkələrin rezident investorları tərəfindən Aİ-yə daxil olmayan ölkələrdə saxlanılan birbaşa xarici investisiya ehtiyatlarının həcmi ötən il 9 trilyon 309 milyard avro təşkil edib. Bu, 2023-cü illə müqayisədə 1,5 faiz çoxdur. Həmin vaxt bu rəqəm 9 trilyon 168 milyard avro olub.

NUHÇIXAN xəbər verir ki, bu, Aİ Statistika İdarəsinin (Eurostat) hesabatında əksini tapıb. Eyni zamanda, Aİ xaricindəki investorlar tərəfindən Avropa İttifaqında saxlanılan investisiya ehtiyatları 2024-cü ildə 7 trilyon 38 milyard avroya düşüb ki, bu da bir il əvvəllə müqayisədə 2,5 faiz azalma deməkdir. Beləliklə, 2024-cü ildə Aİ-nin dünyanın qalan hissəsi ilə xalis investisiya mövqeyi əvvəlki illə müqayisədə 16,5 faiz artıb.

Ötən il ABŞ Aİ-nin dünyanın digər ölkələrindəki birbaşa xarici investisiya ehtiyatlarının 28,7 faizini (təxminən 2 trilyon 673 milyard avro) cəlb edib. Onu Böyük Britaniya izləyib - 1 trilyon 813 milyard avro (19,5 faiz). Sonrakı pillələrdə İsveçrə (778 milyard avro - 8,4 faiz), Braziliya (276 milyard avro – 3 faiz) və Sinqapur (250 milyard avro - 2,7 faiz) yer alıb. Aİ rezidentlərinin investisiyaları, həmçinin Kanada (2,6 faiz), Çin (2,6 faiz - Honkonq istisna olmaqla), Bermud adaları (2,5 faiz), Meksika (2,2 faiz) və Kayman adalarında (2 faiz) yerləşib.

Əks istiqamətdə - Aİ-yə xaricdən qoyulan birbaşa investisiyalar arasında da ABŞ əsas paya malik olub - 2 trilyon 180 milyard avro (31 faiz). Onu Böyük Britaniya (1 trilyon 228 milyard avro - 17,5 faiz), İsveçrə (630 milyard avro – 9 faiz), Kayman adaları (352 milyard avro – 5 faiz), Sinqapur (274 milyard avro - 3,9 faiz) və Bermud adaları (245 milyard avro - 3,5 faiz) izləyib. Bu göstərici üzrə 2 faizdən çox paya sahib digər ölkələr Kanada (3,3 faiz), Yaponiya (3,3 faiz) və Britaniya Virgin adaları (2,1 faiz) olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: