Kabil və İslamabad bu gün İstanbulda danışıqları bərpa edir

A- A A+

Əfqanıstan və Pakistan bu gün sərhəddəki vəziyyətin tənzimlənməsi üzrə İstanbulda danışıqları bərpa edirlər.

Bu barədə NUHÇIXAN "Arab News"a istinadən xəbər verir.

Pakistanın müdafiə naziri Xavaca Asif bildirib ki, ölkənin nümayəndə heyəti artıq İstanbula gəlib.

Ötən həftə danışıqlara ev sahibliyi edən Türkiyə bildirmişdi ki, tərəflər sülhü qorumaq üçün "monitorinq və yoxlama mexanizmi" yaratmaq barədə razılaşıblar.

İndiki danışıqlarda iştirak edən tərəflər bu mexanizmin detallarını və atəşkəs rejiminin həyata keçirilməsi ilə bağlı digər məsələləri hazırlamalıdırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: