Gürcüstan və Səudiyyə Ərəbistanı Krallığı rəsmiləri sülh və təhlükəsizlik məsələlərini müzakirə ediblər

A- A A+

Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze Səudiyyə Ərəbistanı Krallığı xarici İşlər nazirinin siyasi məsələlər üzrə müavini Səud Əl-Sati ilə görüşüb.

Bu barədə NUHÇIXAN-a Gürcüstan parlamentinin mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, görüşdə iki ölkə arasında siyasi əlaqələr, hərtərəfli əməkdaşlığın pespektivləri müzakirə olunub.

Görüş zamanı dünyada və regionda baş verən proseslər, müasir çağırışlar diqqət mərkəzində olub.

Qara dəniz regionunda, Yaxın Şərqdə və Cənubi Qafqazda gedən proseslər ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, sülhə nazil olmaq, təhlükəsizlik və sabitliyin əldə olunması üçün birgə səylərin gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: