Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi cinayət işi çərçivəsində sabiq prezident Serj Sarqsyanın ölkədən çıxışını məhdudlaşdırıb.
NUHÇIXAN-ın Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə onun vəkili Amram Makinyan sosial şəbəkələrdə məlumat yayıb.
Ölkədən çıxmamaq barədə iltizam yeni ittiham əsasında qəbul edilib.
A.Makinyan dəqiqləşdirib ki, ötən gün gecə saatlarında Korrupsiyaya Qarşı Mübarizə Komitəsi qəfildən Sarqsyanın yenidən çağırılmasının zəruri olduğunu bildirib. Bir gün əvvəl prokurorluğun Sarqsyana qarşı qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatəti üzrə məhkəmənin təcili iclası keçirilib.
Məlumata görə, prokuror keçmiş prezidentin ölkəni tərk etmək niyyəti barədə operativ məlumat alıb. Lakin məhkəmə (müxtəlif işlər üzrə) iki dəfə prokurorluğun müraciətini rədd edib.
Üçüncü prezidentə qarşı bir neçə cinayət işi açılıb. Buraya vəzifə səlahiyyətlərini aşma, torpaq sahələrinin qanunsuz özgəninkiləşdirilməsi və rüşvət verilməsinə yardım etmə daxildir. Sonradan bu işlər birləşdirilib.
