ABŞ və Qazaxıstan kritik minerallar sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıblar.
NUHÇIXAN "Akorda"ya istinadən xəbər verir ki, imzalanma mərasimi Vaşinqtonda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə baş tutub.
Sənədi Qazaxıstanın sənaye və tikinti naziri Ersayin Naqaspayev və ABŞ ticarət naziri Hovard Latnik imzalayıblar.
