Papa Leo Vatikanda Mahmud Abbasla görüşüb

A- A A+

Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo Vatikanda Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas ilə görüşüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, görüş zamanı Qəzzada mülki əhaliyə yardımın davam etdirilməsinin vacibliyi vurğulanıb. Münaqişəyə son qoyulması üçün iki dövlətli həll perspektivi təcili ehtiyac kimi qeyd olunub.

Səfər çərçivəsində Mahmud Abbasın İtaliya Prezidenti Sercio Mattarella və Baş nazir Ciorcia Meloni ilə görüşləri nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: