Amerikalı senatorlar Macarıstanı Rusiya neftindən imtina etməyə çağırıb

A- A A+

ABŞ-ın Demokratlar və Respublikaçılar partiyalarının nümayəndələrini təmsil edən bir qrup senator Birləşmiş Ştatların Prezidenti Donald Tramp və Macarıstanın Baş naziri Viktor Orban arasında baş tutacaq görüşdən öncə Budapeşti Rusiya neftindən imtina etməyə çağırıb.

NUHÇIXAN xəbər verir ki, Bloomberg agentliyinin məlumatına görə, respublikaçı senatorlar Rocer Viker və Mitç Makkonnell, eləcə də demokrat senatorlar Cinn Şahin, Kris Van Hollen və Kris Kuns da daxil olmaqla 10 senator tərəfindən imzalanan sənəddə Macarıstanın Rusiya yanacağından asılılığı azaltmaq istiqamətində heç bir addım atmadığı vurğulanır.

ABŞ Prezidenti Donald Tramp cümə günü Ağ Evdə Macarıstanın Baş naziri Viktor Orbanı qəbul edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: