ABŞ Prezidenti Donald Tramp bu gün saat 11.30-da (Bakı vaxtı ilə 02.30 - red.) Vaşinqtonda Macarıstanın Baş naziri Viktor Orban ilə danışıqlar aparacaq.
NUHÇIXAN xəbər verir ki, bu, ABŞ Prezidentinin rəsmi qrafikində nəzərdə tutulub.
Daha əvvəl bildirilmişdi ki, danışıqların mövzularından biri Rusiyanın neft şirkətləri "Rosneft" və "Lukoyl"a qarşı sanksiyaların nəticələrinin Macarıstan iqtisadiyyatına təsiri olacaq.
