Vyetnamda 2025-ci il ərzində 15 min 251 yol qəzası qeydə alınıb və nəticədə 8 min 515 nəfər həlak olub.
NUHÇIXAN Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, qəzalarla bağlı ölkənin Milli Statistika İdarəsi məlumat yayıb. Bildirilib ki, nəqliyyat hadisələrində ümumilikdə 10 min 204 nəfər xəsarət alıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə qəzaların sayı 22,7 faiz, ölənlərin sayı 7,2 faiz, xəsarət alanların sayı 30,2 faiz azalıb.
Bu dövr ərzində ölkə üzrə hər gün orta hesabla 50-yə yaxın yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 28 nəfər ölüb, 34 nəfər yaralanıb.
