2021-ci ilin oktyabrından dövlət başçısı vəzifəsini icra edən Estoniya Prezidenti Alar Karis ikinci müddətə namizəd olmaq istəmədiyini bəyan edib.
NUHÇIXAN xəbər verir ki, Karis bu qərarını ERR teleradiosuna müsahibəsində açıqlayıb. Bununla belə, o, müstəsna halların yarana biləcəyini də istisna etməyib. Alar Karis, həmçinin yenidən seçilməklə bağlı qeyri-müəyyənliyi aradan qaldırmaq üçün iki beşillik müddət əvəzinə bir yeddiillik prezidentlik müddətinin tətbiqi ideyasını nəzərdən keçirməyi təklif edib. O əlavə edib ki, dövlət başçısının birbaşa xalq tərəfindən seçilməsinə üstünlük verərdi, lakin bu məsələdə siyasi konsensus yoxdur.
Estoniyada növbəti prezident seçkiləri 2026-cı ilin yayın sonu və ya payızın əvvəlində keçiriləcək. Baltikyanı respublikanın konstitusiyasına əsasən, ölkə prezidenti parlament üzvləri tərəfindən beş il müddətinə seçilir və bu vəzifəni ardıcıl iki müddətdən artıq tuta bilməz.
