Yaponiya ballistik raketin buraxılışı ilə əlaqədar KXDR-ə etiraz edib

A- A A+

Yaponiya hökuməti Yapon dənizi istiqamətində ballistik raketin buraxılması ilə bağlı Şimali Koreyaya qəti etirazını bildirib.

NUHÇIXAN Yaponiyanın “Minyu-net” xəbər agentliyinə istinadla xəbər verir ki, bunu mətbuat konfransında ölkənin Nazirlər Kabinetinin baş katibi Minoru Kixara bəyan edib.

Noyabrın 7-də KXDR Yapon dənizi istiqamətində ən azı bir naməlum ballistik raket buraxıb. Daha sonra hökumət raketin artıq düşdüyünü bildirib.

“Hesab edirik ki, Şimali Koreya müxtəlif tipli raket buraxılışları, peyk buraxılışları və nüvə sınaqları kimi növbəti təxribat xarakterli addımlar ata bilər”, – deyə Kixara mətbuat konfransında bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: