Qazaxıstan Senatının keçmiş sədri Kasım-Jomart Tokayev bu gün ölkə prezidenti vəzifələrinin icrasına başlayıb.
NUHÇIXAN-ın məlumatına görə, ölkə parlamenti palatalarının birgə iclası zamanı Tokayev Qazaxıstan xalqı qarşısında and içib.
Xatırladaq ki, dünən Nursultan Nazarbayev Qazaxıstan prezidenti vəzifəsindən getdiyini açıqlayıb. Bu barədə N.Nazarbayev özü xalqa müraciətində deyib.