Qazaxıstan neft məhsullarının ixracına altı aylıq qadağa qoyur

A- A A+

Qazaxıstanın Energetika Nazirliyi ölkə ərazisindən neft məhsullarının ixracına müvəqqəti qadağa qoyulması barədə qərarı təsdiqləyib.

NUHÇIXAN Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu qərar “milli təhlükəsizliyi və daxili yanacaq bazarının sabitliyini təmin etmək” məqsədilə qəbul olunub.

Qazaxıstandan, o cümlədən Avrasiya İqtisadi Birliyi ölkələrindən neft məhsullarının ixracına qadağa altı ay müddətinə - 2025-ci il noyabrın 20-dən 2026-cı il mayın 20-dək tətbiq olunur.

Sənədə əsasən, avtomobil və dəmir yolları ilə benzin, dizel yanacağı və bir sıra digər neft məhsullarının ixracı qadağandır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: