Polşa Aİ-nin Miqrasiya Paktı çərçivəsində miqrant qəbul etməyəcək

A- A A+

Polşa Avropa İttifaqının (Aİ) Miqrasiya Paktı çərçivəsində miqrantları qəbul etməyəcək.

NUHÇIXAN xəbər verir ki, Polşanın Baş naziri Donald Tusk X sosial şəbəkəsində bunu bir daha təsdiqləyib. O, həmçinin Polşanın miqrantları qəbul etməkdən imtinaya görə pul ödəməyəcəyini bildirib.

Bundan əvvəl Prezident Karol Navrotski həmin qərarı təsdiqləmişdi.

Noyabrın 11-də Avropa Komissiyası Polşa, Bolqarıstan, Çexiya, Estoniya, Xorvatiya və Avstriyanın artan miqrasiya təzyiqi ilə üzləşdiklərini diqqətə çatdırıb və bununla əlaqədar onlara 2026-cı ildə miqrant qəbulundan qismən və ya tam imtina üçün müraciət etməyi təklif edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: