Bu gündən etibarən Yaponiyada polisin ayıları vurmaq üçün silahdan istifadəsinə icazə verilir.
NUHÇIXAN Yaponiyanın Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, ölkədə son vaxtlar ayı hücumlarının artmasına cavab olaraq belə bir addım atılıb.
Yaponiyanın Ətraf Mühit Nazirliyinin məlumatına görə, aprel ayından etibarən ayıların hücumu nəticəsində ölən insanların sayı rekord həddə - 13-ə çatıb.
Qeyd edək ki, indiyədək polis yerli sakinlərin təxliyəsi, ətrafın təhlükəsizliyinin təmin edilməsi və ayıların göründüyü məktəb yollarında patrul xidmətinin yaradılması kimi tədbirlər görüb.
