Cənubi Koreyanın Köngido əyalətinin Puçhon şəhərində kiçik yük maşınının bazardakı dükanlara çırpılması nəticəsində azı iki nəfər ölüb, 18 nəfər yaralanıb.
NUHÇIXAN xəbər verir ki, hadisə yerli vaxtla saat 10:55-də baş verib.Yaralılardan altısının vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə 60-a yaxın polis əməkdaşı və təcili yardım xidməti cəlb edilib. Sürücü hadisə yerində saxlanılıb. Faktla bağlı araşdırma başladılıb.
