Türkiyədə C-130 hərbi-nəqliyyat təyyarələrinin uçuşları dayandırılıb

A- A A+

Türkiyə Milli Müdafiə Nazirliyi ölkənin Silahlı Qüvvələrinin ixtiyarında olan C-130 hərbi-nəqliyyat təyyarələrinin uçuşlarının dayandırıldığını açıqlayıb.

NUHÇIXAN xəbər verir ki, bu qərar Gürcüstanda 20 hərbçinin ölümünə səbəb olan qəza ilə əlaqədar qəbul edilib.

Nazirlik bildirib: “Təyyarənin texniki vəziyyəti tam təhlil edildikdən sonra onlar Türkiyə Silahlı Qüvvələri tərəfindən yenidən istifadə edilə biləcək”. Nazirlik qəza zamanı C-130 təyyarəsində heç bir sursatın olmadığını, yalnız hərbi personal və təyyarənin texniki xidmət avadanlıqlarının olduğunu qeyd edib.

Müdafiə Nazirliyi, həmçinin qəzaya uğrayan təyyarənin tədarükü məsələsinə aydınlıq gətirərək qeyd edib ki, sözügedən C-130 təyyarəsi Səudiyyə Ərəbistanından 2012-ci il yanvarın 21-də alınıb və texniki yoxlamadan keçdikdən sonra 2014-cü ildə istifadəyə verilib.

Sonrakı illərdə təyyarə modernləşdirilib və vaxtaşırı texniki yoxlamalar aparılıb. Bundan əlavə, təyyarə sonuncu dəfə 11 sentyabr - 12 oktyabr 2025-ci il tarixləri arasında yoxlanılıb.

Müdafiə Nazirliyi C-130 təyyarələrinin dünyanın 70-dən çox ölkəsində istifadə olunmağa davam etdiyinə diqqət çəkib.

Təyyarənin “qara qutu”sunun Türkiyəyə çatdırılması ilə bağlı Türkiyə Müdafiə Nazirliyi qeydiyyat aparatının məlumatların təhlili üçün Ankarada olduğunu bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: