Böyük Britaniyanın ilk kiçik nüvə elektrik stansiyası Uelsdə inşa olunacaq

A- A A+

Böyük Britaniyada ilk dəfə kiçik modul reaktorlarla təchiz olunmuş nüvə elektrik stansiyası Uelsin şimal sahilində yerləşən Anglesey adasında tikiləcək.

NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, layihə çərçivəsində ilkin mərhələdə 3 kiçik modul reaktor qurulacaq, lakin gələcəkdə bu sayın 8-dək artırılması mümkündür. Tikinti işlərinə gələn il başlanması planlaşdırılır və stansiyanın 2030-cu ilin ortalarında enerji istehsalına başlaması nəzərdə tutulur.

Böyük Britaniya hökumətinin 2,5 milyard funt sterlinq dəyərində investisiya etdiyi layihə dövlətə məxsus “Great British Energy-Nuclear” tərəfindən həyata keçiriləcək və təxminən 3 milyon evin enerji tələbatını ödəyəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: