Aİ Ukraynanın maliyyə ehtiyaclarını təmin etmək üçün mümkün mexanizmləri müzakirə edir

A- A A+

Avropa Komissiyası və Avropa İttifaqına (Aİ) üzv dövlətlər Ukraynanın növbəti illər üzrə maliyyə ehtiyaclarını təmin etmək üçün mümkün mexanizmləri müzakirə edirlər.

NUHÇIXAN-ın Avropa bürosunun məlumatına görə, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa Parlamentində bildirib.

Onun sözlərinə görə, Avropa Şurası Ukraynanı ən azı iki il müddətinə sabit maliyyə ilə təmin etməyə hazır olduğunu təsdiqləyib: "Lakin bunun necə həyata keçiriləcəyi barədə hələ razılıq əldə edilməyib".

Məlum olduğu kimi, oktyabr ayında Şuranın sonuncu iclasında Ukraynaya dondurulmuş Rusiya aktivləri hesabına təzminat kreditləri şəklində vəsait verilməsi barədə razılıq əldə etmək cəhdi uğursuzluqla nəticələnib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: