Bir neçə Avropa ölkəsi Ukrayna üçün silah alınmasına 500 milyon dollar ayıracaq

A- A A+

Skandinaviya və Baltikyanı ölkələr ABŞ-dan Ukrayna üçün silah alınmasına 500 milyon dollar ayıracaq.

NUHÇIXAN xəbər verir ki, NATO-nun yaydığı məlumata görə, bu gün Danimarka, Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç və İsveç PURL təşəbbüsü çərçivəsində ABŞ-dan Ukrayna üçün hərbi texnika və sursat alınmasını nəzərdə tutan 500 milyon dollarlıq birgə yardım paketini maliyyələşdirəcəklərini açıqlayıblar.

NATO-nun Baş katibi Mark Rutte həmin qərarı alqışlayıb və qeyd edib ki, Ukraynanın qış mərhələsinə girməsi fonunda bu cür avadanlıq son dərəcə vacibdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: