Aİ Çinin onlayn ticarət şəbəkələri üçün gömrük məhdudiyyətləri tətbiq edir

A- A A+

Avropa İttifaqı (Aİ) Çinin onlayn ticarət platformaları olan “Shein”, “Temu” və “AliExpress” kimi şirkətlərin fəaliyyətinə yeni məhdudiyyətlər tətbiq edir.

NUHÇIXAN “Spiegel” nəşrinə istinadla xəbər verir ki, qərara əsasən, hazırda qüvvədə olan 150 avroluq gömrükdən azadolma həddi ləğv ediləcək. Brüsseldə keçirilən görüşdə Aİ ölkələrinin maliyyə nazirləri bu təklifi böyük səs çoxluğu ilə qəbul ediblər. Yeni qaydalar 2028-ci ildən qüvvəyə minəcək, lakin ilk gömrük rüsumlarının 2026-cı ildən tətbiqi planlaşdırılır.

Bu addımın məqsədi ucuz malların Aİ bazarına kütləvi şəkildə daxil olması nəticəsində yaranan ədalətsiz rəqabəti aradan qaldırmaqdır. Aİ Komissiyasının məlumatına görə, İttifaqa göndərilən bağlamaların təxminən 65 faizində malların dəyəri qəsdən az göstərilir. Bu, Aİ-də fəaliyyət göstərən, xüsusən də kiçik və orta müəssisələr üçün ciddi rəqabət çətinlikləri yaradır.

Aİ-nin bu addımı həm də bağlama axınının və qablaşdırma tullantılarının azalmasına xidmət edəcək. Satıcılar gömrük rüsumlarından azad olmaq üçün böyük sifarişləri bir neçə kiçik bağlamaya bölür ki, bu da ədalətsiz rəqabətlə yanaşı, artıq qablaşdırma tullantılarının yaranmasına səbəb olur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: