Polşa Prezidenti Kommunist Partiyasının fəaliyyətini konstitusiyaya zidd hesab edir

A- A A+

Polşa Prezidenti Karol Navrotski Polşa Kommunist Partiyasının fəaliyyətini konstitusiyaya zidd hesab edir və o, bununla bağlı Konstitusiya Məhkəməsinə vəsatət ünvanlayıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə prezidentin saytında məlumat yayılıb.

Navrotski müraciətinə əsas kimi Polşa Kommunist Partiyasının platformasında "totalitar metod və təcrübələrə istinadları" və "hakimiyyəti ələ keçirmək və dövlət siyasətinə təsir göstərmək üçün zorakılıqdan istifadə etmək niyyətini" göstərib.

Polşa Cinayət Məcəlləsinin 256-cı maddəsi “nasist, kommunist və faşist ideologiyasını” təbliğ etməyə görə üç ilə qədər həbs cəzası nəzərdə tutur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: