ABŞ Alyaskada neft hasilatına qoyulan məhdudiyyətləri aradan qaldırıb

A- A A+

ABŞ Prezidenti Donald Tramp administrasiyası sələfi Cozef Bayden dövründə Alyaskada neft və qaz hasilatına qoyulan məhdudiyyətləri aradan qaldırıb.

NUHÇIXAN xəbər verir ki, bunu ABŞ-ın daxili işlər naziri Duqlas Berqam deyib. “2024-cü il qaydalarını ləğv etməklə, Alyaskanın enerji potensialını bərpa etmək, yerli əhali üçün iş yerləri açmaq və ölkənin yanacaq təhlükəsizliyini gücləndirmək üçün Prezident Donald Trampın müəyyən etdiyi kursu izləyirik”, - deyə “Reuters” agentliyi nazirdən iqtibas gətirib.

Cozef Bayden dövründə tətbiq edilən son məhdudiyyətlər Milli Neft Ehtiyatını təşkil edən Alyaskanın şimalında federal mülkiyyətdə olan 4,3 milyon hektar ərazinin icarəyə verilməsini qadağan edib.

Qeyd edək ki, yanvar ayında Donald Tramp Alyaskanın qorunan torpaqlarında neft və qaz kəşfiyyatını yenidən bərpa edəcəyini və Cozef Bayden dövründə tətbiq edilən məhdudiyyətləri aradan qaldıracağını açıqlamışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: