Ermənistan ABŞ tərəfi ilə “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsinə dair iki icarə variantını müzakirə edir.
NUHÇIXAN xəbər verir ki, bu məlumatı Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən forumda açıqlayıb. “Bu gün iki icarə variantı müzakirə olunur: 99 illik və 49 illik ssenarilər”, - deyə o bildirib.
İcarə müddətlərinin səbəbini izah edən Paşinyannın sözlərinə görə, layihənin reallaşmasına investisiyalar qoyulacaq. İnvestorun zəmanətləri olmalıdır ki, onun sərmayələri müəyyən güzəştlər şəklində qaytarılacaq.
Forum yerli televiziya kanalları tərəfindən yayımlanıb.
