Çinin Lyaonin əyalətində 1444 ton ehtiyata malik ilk nəhəng qızıl yatağı aşkar edilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Çinin Təbii Sərvətlər Nazirliyinin hesabatında deyilir.
“Dadunqou” yatağında kəşf edilmiş qızıl filizi ehtiyatları 2,586 milyard tona çatır. Bu, hər tonda ortalama 0,56 qram qızıl olmaqla ümumilikdə 1444,49 ton qızıl ehtiyatı deməkdir”, - deyə hesabatda bildirilir.
Nazirliyin məlumatına görə, bu tarixi kəşf ölkənin strateji qızıl ehtiyatlarını əhəmiyyətli dərəcədə gücləndirəcək və Çinin şimal-şərq regionunun canlanmasına və inkişafına dəstək verəcək.
