ABŞ xroniki xəstəliyi olan turistlərə viza verilməsini məhdudlaşdıracaq

A- A A+

ABŞ administrasiyası piylənmə, diabet və digər xroniki xəstəlikləri olan turistlər üçün viza məhdudiyyətlərinə dair informasiyanı təsdiqləyib.

NUHÇIXAN “Politico” nəşrinə istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Anna Kelli bildirib. Onun sözlərinə görə, yüz ildir ki Dövlət Departamentinin siyasətinə vergi ödəyiciləri üçün maliyyə yükü ola biləcək turistlərin ölkəyə girişini məhdudlaşdırmaq, eləcə də hökumət tərəfindən maliyyələşdirilən səhiyyə xidmətinə müraciət edənlərə rədd cavabı vermək səlahiyyəti daxildir.

Kelli əlavə edib ki, Tramp administrasiyası “nəhayət, bu siyasəti tam dəstəkləyir və amerikalıları birinci yerə qoyur”. Yeni təlimatlar ABŞ hökumətinə ictimai ittihamlar fonunda mövcud qaydaların nisbətən sərt təfsiridir və sonradan dövlət yardımına ehtiyac duya biləcək şəxslərin ölkəyə girişini qadağan edir.

“Washington Post” nəşrinin yaydığı digər məlumata görə, Dövlət Departamenti ABŞ-ın bütün diplomatik missiyalarına vizaları təsdiq edərkən ərizəçilərin sağlamlıq vəziyyətini, xüsusən də xroniki xəstəliklərini nəzərə almağı tapşırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: