Prezident Tokayev Qazaxıstanın Asiya ölkələrinə böyük ət tədarükçüsü ola biləcəyini bildirib

A- A A+

Ekspertlər qlobal qırmızı ət istehlakının növbəti 10 ildə 233 milyon tona qədər artacağını proqnozlaşdırırlar. Qazaxıstan Asiya ölkələrinə bu məhsulun əsas tədarükçüsünə çevrilə bilər.

NUHÇIXAN Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu açıqlamanı 2-ci Kənd Təsərrüfatı İşçiləri Forumunda verib.

O qeyd edib ki, Qazaxıstanın quzu əti ixracının həcmi hazırda Monqolustan, Hollandiya, İspaniya və Fransa kimi ölkələrin həcmindən geridə qalır. Prezident Tokayev əlavə edib: “Lakin bizdə daha çox otlaq sahəsi var. Qoyunçuluğun ixrac potensialını tam şəkildə reallaşdırmaq üçün lazımi şərait yaratmalıyıq”.

Dövlət başçısı kənd təsərrüfatı məhsullarının ixrac bazarlarına fasiləsiz tədarükünü təmin etmək üçün hava nəqliyyatından daha fəal istifadə edilməsini tapşırıb. “Astana, Almatı, Çimkənd, Aktobe, Karaqanda və Aktau hava limanları, habelə xüsusi iqtisadi zonaların verdiyi güzəştli rejim nəzərə alınmaqla, ölkəmiz inkişaf etmiş logistika və beynəlxalq hava yollarına inteqrasiya yolu ilə regional mərkəzə çevrilmək üçün kifayət qədər potensiala malikdir. Onların bu tutumda və rejimdə tam işləməsi ixrac bazarlarına kənd təsərrüfatı məhsullarının fasiləsiz tədarükünü təmin edəcək”, - deyə o bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: