Orta Dəhlizlə Qazaxıstan ərazisindən daşımaların həcmi təqribən 2,8 milyon ton olub

A- A A+

Keçən il Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə Qazaxıstan ərazisindən daşınan yüklərin həcmi təxminən 2,8 milyon ton təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 35% artım deməkdir.

NUHÇIXAN Qazaxıstan Respublikası Ticarət və İnteqrasiya Nazirliyinə istinadla xəbər verir ki, nazir Arman Şakkaliyev bunu Daşkənddə keçirilən Mərkəzi Asiya ölkələri və Azərbaycanın Ticarət və İnvestisiya Nazirləri Şurasının ilk iclasında açıqlayıb.

O bildirib ki, Qazaxıstan tərəfi tarif siyasətinin koordinasiyasını gücləndirmək, logistika proseslərinin rəqəmsallaşdırılmasını sürətləndirmək, infrastrukturu modernləşdirmək, həmçinin biznes xərclərini azaltmaq və dəhliz tutumunu artırmaq üçün “kağızsız ticarət” mexanizmlərinin tətbiqini təklif edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: