Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarədə həlak olanların dəfn mərasimində rəsmi şəxslər iştirak ediblər - FOTOLAR
Gürcüstanda C-130 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 20 hərbçidən üçünün noyabrın 14-də Ankarada keçirilən dəfn mərasimində Türkiyə rəsmiləri də iştirak ediblər.
NUHÇIXAN xəbər verir ki, 20 şəhiddən 17-sinin cənazəsi Türkiyənin müxtəlif vilayətlərində dəfn olunacaq. Pilot Cüneyt Kandemir, hava nəqliyyatının idarə olunması üzrə zabit Ümit İnce və hava nəqliyyatı üzrə mütəxəssis Cem Dolapçı paytaxtdakı qəbiristanlıqlarda dəfn olunublar.
Hərbçilərin cənazə namazı Ankaradakı Ahmet Hamdi Akseki məscidində qılınıb. Tədbirdə yüzlərlə insan, o cümlədən Türkiyə Parlamentinin sədri Numan Kurtulmuş, vitse-prezident Cevdet Yılmaz, milli müdafiə naziri Yaşar Güler, xarici işlər naziri Hakan Fidan və digərləri iştirak ediblər.
Prezident Rəcəb Tayyib Ərdoğan daha əvvəl Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzasında həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.