Qazaxıstan və Özbəkistan arasında strateji tərəfdaşlıq müzakirə edilib

A- A A+

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında aparılan danışıqlarda ticarət, nəqliyyat və logistika, enerji, kənd təsərrüfatı, su resurslarının idarə edilməsi sahələrində əməkdaşlığın gücləndirilməsi, həmçinin mədəni-humanitar əlaqələrin inkişafı müzakirə edilib.

NUHÇIXAN-ın Akordaya istinadən verdiyi məlumata görə, dövlət başçıları Daşkənddə regional və beynəlxalq gündəliyin aktual məsələləri barədə fikir mübadiləsi aparıblar.

"Prezident Kasım-Jomart Tokayev Daşkəndə dövlət səfərinə dəvətə, habelə səmimi qəbula və ənənəvi qonaqpərvərliyə görə Şavkat Mirziyoyevə təşəkkürünü bildirib", - məlumatda bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: