Ukrayna və Yunanıstan təbii qaz idxalına dair razılıq əldə edib

A- A A+

Ukrayna və Yunanıstan təbii qaz idxalına dair razılıq əldə edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram səhifəsində məlumat verib.

Zelenskinin sözlərinə görə, bu, Ukraynanın qış aylarında qaz idxal marşrutlarını maksimum dərəcədə təmin etmək üçün növbəti qaz təchizatı marşrutu olacaq.

“Artıq qaz idxalının maliyyələşdirilməsi ilə bağlı razılaşmalarımız var və biz Rusiyanın zərbələri nəticəsində Ukrayna istehsalındakı itkiləri kompensasiya etmək üçün təxminən 2 milyard avro qaz idxalına olan ehtiyacı ödəyəcəyik”, - deyə Zelenski qeyd edib.

Zelenski bəyan edib ki, Ukrayna hökuməti avropalı tərəfdaşların, o cümlədən Avropa Komissiyasının zəmanəti ilə qazın idxalının maliyyələşdirilməsinə vəsait ayırıb. Ukrayna bankları və Norveç də yardım göstərir, amerikalı tərəfdaşlarla fəal iş davam edir, ona görə də tam maliyyələşdirmə təmin olunacaq.

“Biz qış tədarükü üçün geniş imkanlar yaradırıq”, - deyə Ukrayna Prezident vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: