Almanların yarıdan çoxu Milad yarmarkalarındakı təhlükəsizlik tədbirlərindən narahatdır

A- A A+

Almaniyada əhalinin 62 faizi Milad yarmarkalarındakı təhlükəsizlik tədbirləri ilə bağlı narahatlığını ifadə edib. Rəyi soruşulanların 22 faizi çox, 40 faizi isə bir qədər narahat olduğunu bildirib.

NUHÇIXAN xəbər verir ki, bu, Almaniyanın DPA agentliyinin sifarişi ilə keçirilən sorğunun nəticələrində əksini tapıb.

Almaniyanın şəhərləri builki yarmarkalara geniş təhlükəsizlik tədbirləri ilə hazırlaşır, giriş yollarında barrikadalar qurulur, polis və mühafizə xidmətləri gücləndirilir. Ötən ildən Almaniyanın bütün Milad yarmarkalarında bıçaq qadağası tətbiq olunur.

Sorğuda iştirak edənlərin 41 faizi tədbirləri qənaətbəxş hesab etsə də, 37 faizi bunun əksini düşünür. Respondentlərin 59 faizi bu il Milad yarmarkasına getməyi planlaşdırır, 33 faizi isə getməyəcəyini bəyan edib. Getməmək üçün əsas səbəblər kimi yüksək qiymətlər, sıxlıq və təhlükəsizliklə bağlı narahatlıqlar göstərilib.

Xatırladaq ki, 2016-cı ildə bir terrorçunun yük maşınını ələ keçirərək Berlindəki Xatirə kilsəsinin yaxınlığındakı Milad yarmarkasına sürməsi nəticəsində 13 nəfər həlak olub, 70-dən çox insan yaralanıb. Ötən ilin dekabrında isə Maqdeburqdakı bir kişinin icarəyə götürdüyü avtomobili Milad yarmarkasına sürməsi nəticəsində 6 nəfər, o cümlədən bir uşaq həyatını itirib, 300-dən çox insan yaralanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: