İsveç sualtı qayıqlarının sayını artırır və beynəlxalq müqavilələrə görə silahsız zona statusunu qoruyan Aland adalarının müdafiəsi məqsədilə Finlandiya ilə hərbi-dəniz əməkdaşlığını gücləndirir.
NUHÇIXAN xəbər verir ki, İsveçin müdafiə naziri Pol Yonsonun sözlərinə görə, bu adalarda hərbi bazaların olmaması Baltik dənizinin təhlükəsizliyi üçün təhdid deyil. O xatırladıb ki, İsveç və Finlandiya donanmaya fəal şəkildə sərmayə qoyur. Belə ki, İsveç dörd ədəd sualtı qayığa birini də əlavə edəcək, həmçinin dörd yeni hərbi gəmi alacaq.
Bu arada, Finlandiya Müdafiə Akademiyasının araşdırmasına görə, Finlandiyada Aland adalarının demilitarizasiyasını geri qaytarmaq ehtimalı yenidən müzakirə olunur.
1921-ci il beynəlxalq müqaviləsi ilə müəyyən edilmiş demilitarizasiya Ukraynada müharibənin başlamasından sonra regionun hərbiləşdirilmiş Bornholm və Qotland kimi digər strateji adalarından fərqli olaraq, Aland adalarında hər hansı bir hərbi mövcudluğu və ya istehkam qurmağı qadağan edir.
Lakin Finlandiyanın müdafiə naziri Antti Hyakkyanen heç bir dəyişikliyin planlaşdırılmadığını və mövcud müdafiə tədbirlərinin adaları qorumaq üçün kifayət olduğunu vurğulayıb.
1921-ci il Aland Konvensiyasını imzalayanlardan biri olan Latviyanın müdafiə naziri Andris Şpruds adaların statusunun Finlandiyaya aid bir məsələ olduğunu bildirib, amma vəziyyət dəyişərsə, köhnə müqavilələrin yenidən nəzərdən keçirilə biləcəyini etiraf edib.
