Finlandiyanın şimalında, Rusiya sərhədindən təxminən 100 kilometr məsafədə artilleriya qoşunlarının iştirakı ilə genişmiqyaslı hərbi təlimlər başlayıb.
NUHÇIXAN xəbər verir ki, noyabrın 25-dək davam edəcək təlimlərə 2 mindən çox hərbçi və 500-ə yaxın texnika cəlb olunub.
Finlandiya Quru Qoşunlarının yaydığı məlumata görə, “Northern Strike 225” təlimləri Qərbi Avropanın ən böyük poliqonlarından biri sayılan və Rusiya sərhədindən təxminən 100 kilometr məsafədə yerləşən “Rovayarvi” təlim mərkəzində keçirilir.
Manevrlərin əsas məqsədi artilleriya vasitələrinin çətin qış şəraitində tətbiqi imkanlarını sınaqdan keçirmək, eləcə də idarəetmənin müxtəlif səviyyələri arasında qarşılıqlı əlaqəni və atəşinin koordinasiyasını təkmilləşdirməkdir.
Qeyd edək ki, Finlandiya 2023-cü ilin aprelində NATO-ya üzv olduqdan sonra hərbi təlimlərin sayını artırıb. 2024-cü ildə Finlandiya ərazisi ilk dəfə olaraq alyansın genişmiqyaslı manevrlərinə cəlb olunub. 2025-ci ildə ölkədə 115 hərbi təlimin keçirilməsi planlaşdırılır.
