Cənubi Koreya Şimali Koreyaya hərbi danışıqlar aparmağı təklif edib

A- A A+

Cənubi Koreya sərhəd yaxınlığında mümkün toqquşmaların qarşısını almaq məqsədilə Hərbi Demarkasiya Xəttinin (MDL) dəqiqləşdirilməsini müzakirə etmək üçün Şimali Koreya ilə hərbi danışıqlar aparmağı təklif edib.

NUHÇIXAN Yonhap informasiya agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Cənubi Koreyanın Milli Müdafiə Siyasəti nazirinin müavini Kim Honq-Çol açıqlama verib. O, təsadüfi toqquşmaların qarşısını almaq və hərbi gərginliyi azaltmaq üçün hərbi hakimiyyət orqanları arasında danışıqların keçirilməsinin təklif edildiyini bildirib.

Xatırladaq ki, Cənubi Koreya ilə Şimali Koreya arasında ümumi səviyyəli hərbi danışıqlar sonuncu dəfə 2018-ci ildə keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: