İrəvanda “Tramp marşrutu”nun işə salınması üçün hazırlıq işləri müzakirə edilib

A- A A+

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibinin müavini Alison Huker İrəvanda görüşərək Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək “Tramp marşrutu”nun (Zəngəzur dəhlizi) işə salınması üçün hazırlıq işlərini müzakirə ediblər.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Vaşinqton Sülh Sammitinin rəmzi 100-cü günü diqqətə çatdırılıb və ötən müddət ərzində sazişlərin həyata keçirilməsində əldə edilən irəliləyiş, eləcə də qarşıda duran işlər qeyd edilib. Tərəflər “Tramp marşrutu”nun tikintisi üçün tələb olunan hazırlıq işləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında münaqişənin sülh yolu ilə nizamlanması və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması haqqında birgə bəyannamə imzalayıblar. Bu layihə “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) adlanır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: