Polşada Varşava və Lublin şəhərləri arasındakı dəmir yolu xəttində partlayış baş verib.
NUHÇIXAN xəbər verir ki, partlayıcı qurğunun işə düşməsi nəticəsində relslər sıradan çıxıb. Polşanın Baş naziri Donald Tusk vəziyyətlə tanış olmaq üçün hadisə yerinə gəlib.
Hökumət təxribat aktının bilavasitə qatarı hədəfə aldığını açıqlayıb. Baş nazir X platformasındakı açıqlamasında bu barədə bildirib: “Varşava–Lublin marşrutunda dəmir yolu xəttinin partladılması Polşa dövlətinin və mülki əhalinin təhlükəsizliyini birbaşa hədəfə alan dəhşətli diversiya aktıdır. Bu marşrut həm də Ukraynaya yardımların çatdırılması baxımından həyati əhəmiyyət daşıyır. Günahkarlar kim olursa-olsun müəyyən ediləcəklər”.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Baş nazir dəmir yolunun başqa bir hissəsində - Lublin istiqamətində ikinci bir zədələnmənin də aşkarlandığını qeyd edib. Hadisənin səbəbləri ilə bağlı prokurorluq və xüsusi xidmət orqanları tərəfindən əməliyyat aparılır.
