Şimali Koreya nüvə silahı ilə bağlı xəbərdarlıq edib

A- A A+

KXDR Cənubi Koreyanın mümkün atom sualtı qayığı əldə etməsi imkanının qlobal silahlanma yarışına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Şimali Koreyanın Mərkəzi İnformasiya Agentliyinin məlumatında deyilir.

“Koreya Respublikasının atom sualtı qayığı əldə etməsi imkanı nüvə silahını inkişaf etdirmək üçün strateji addımdır və bu, bölgədə silahlanma yarışını təhrik edəcək”, - deyə məlumatda bildirilir.

Seulun planlarını tənqid edən Pxenyan Şimali Koreyanın suverenliyini və təhlükəsizlik maraqlarını, habelə Koreya yarımadasında sülhü qorumaq üçün cavab tədbirləri görəcəyini vurğulayıb.

Qeyd edək ki, oktyabrın 30-da ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyanın atom sualtı qayığı hazırlamasına razılıq verdiyini açıqlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: