Litva Belarusla sərhəd rejiminə dair qərarını sabah verəcək

A- A A+

Litva hökuməti Belarusla sərhəd rejiminə dair qərarını noyabrın 19-da qəbul edəcək.

NUHÇIXAN Belarusun Belta informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Litva parlamentinin xarici siyasət komitəsinin rəhbəri Remiqyus Motuzas bildirib. O qeyd edib ki, sərhəd rejimi ilə bağlı yekun qərar Nazirlər Kabinetinin noyabrın 18-nə planlaşdırılan iclasından sonra gözlənilməlidir.

Qeyd edək ki, oktyabrın 29-da Litva hökuməti Litva-Belarus sərhədindəki nəzarət-buraxılış məntəqələrini noyabrın 30-dək bağlamaq qərarına gəlib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: