Qırğızıstanda 40 min 968 nəfər rəsmi olaraq işsiz kimi qeydiyyatdadır.
NUHÇIXAN Kabar informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Qırğız Respublikasının Əmək, Sosial Müdafiə və Miqrasiya Nazirliyi məlumat yayıb. Bildirilib ki, Qırğızıstanın əhalisi 7 milyon 373 min nəfərdir və onlardan 59,6 min nəfəri işsizdir. Lakin işsizlərin hər biri rəsmi qeydiyyatda deyil.
Bildirilib ki, ölkədə bu kateqoriyadan olan vətəndaşların məşğulluğunun təşviqi istiqamətində fəal tədbirlər həyata keçirilir.
