ABŞ Dövlət Departamentinin baş müşaviri Conatan Askonas Gürcüstanın "Tramp marşrutunu"na (Zəngəzur dəhlizi) dəstəyini müzakirə etmək üçün Tbilisiyə gəlib.
NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, səfər çərçivəsində Conatan Askonas bu gün səhər saatlarında Birləşmiş Ştatların dəstəyi ilə inşa olunmuş və müasir texniki avadanlıqla təchiz edilmiş “Sadaxlı” gömrük-keçid məntəqəsinə baş çəkib.
C.Askonasın səfər çərçivəsində Gürcüstan Xarici İşlər Nazirliyinin və hökumətinin nümayəndələri, həmçinin beynəlxalq maliyyə təşkilatlarının təmsilçiləri ilə də görüşü nəzərdə tutulub.
Məlumata əsasən, Askonasın səfəri Gürcüstanın “Tramp marşrutu”nu necə dəstəkləyə biləcəyini müzakirə etmək məqsədi daşıyır.
